13 Mart 2018 20:29
1 067
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici işlər naziri Elmar Məmmədyarov İsveçrə Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri, İsveçrə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Filippo Lombardi ilə görüşüb.

Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, görüş zamanı tərəflər İsveçrə və Azərbaycan arasında müxtəlif sahələrdə, o cümlədən parlament səviyyəsində əməkdaşlığın hazırkı durumu və gələcək perspektivləri barədə fikir mübadiləsi aparıblar. Ölkələrimiz arasında əlaqələrin inkişafında parlament diplomatiyasının mühüm rol oynadığına diqqət çəkilib.

Nazir Elmar Məmmədyarov ölkələrimiz arasında fəal siyasi dialoqun mövcudluğunu təqdir edərək iki ölkə arasındakı siyasi təmaslar və həyata keçirilən iqtisadi layihələr barədə məlumat verib. Bu xüsusda, nazir 70-dən artıq İsveçrə şirkətinin Azərbaycanda uğurla fəaliyyət göstərdiyini qeyd edərək qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın daha da artırılması üçün geniş potensialın mövcudluğunu ifadə edib.

F.Lombardi Azərbaycan Dövlət Neft Şirkətinin İsveçrədəki fəaliyyətini yüksək qiymətləndirib və hər iki ölkənin iş adamları arasında birbaşa əlaqələrin təşviq edilməsinin əhəmiyətini qeyd edib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər