15 Mart 2018 09:30
3 100
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mümkündür ki, səlahiyyət müddəti başa çatdıqdan sonra Serj Sarkisyan müdafiə naziri postunu tutsun. Onun prezidentlikdən sonra müdafiə naziri postunu götürməsi ənənəvi hal deyil. Əlbəttə, bunun belə olacağına inanmaq azdır, amma prinsipcə mümkündür.

Bu fikirləri Teleqraf.com-a Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa Ermənistan prezidenti Serj Sarksiyanın prezidentlik müddətindən sonra ölkənin müdafiə naziri postunu tutacağı haqda fikirləri şərh edərkən deyib.

Fazil Mustafaya görə, Serj Sarksiyan müdafiə naziri ola bilər:

“Bu daha çox dövlətin öz qarşısına hansı hədəfləri qoyduğunu aydınlaşdırdıqdan sonra aydın olar. Hər halda bu formanın seçilməsi mümkündür. Ermənilərin müharibə aparmaq niyyəti varsa, ciddi planları mövcuddursa, belə format düşünülə bilər”.

Fazil Mustafa əlavə edib ki, əslində Serj Sarksiyanın Ermənistanın baş naziri olacağı daha ciddi ehtimaldır. Onun sözlərinə görə, Ermənistanda baş verən son konstitusiya dəyişikliyində bu məqam diqqəti cəlb edir:

“Sarkisyan böyük ehtimalla baş nazir olacaq. Amma bunun bizə hər hansı bir isti və ya soyuğu olmayacaq. Ümumi erməni siyasəti var. Kimliyindən asılı olmayaraq, bu, bizə düşmən siyasətdir. Və bu siyasət davam edəcək”.

Xatırladaq ki, Ermənistanın hazırkı prezidenti Serj Sərkisyan aprelin 9-da postunu tərk edəcək. Bir çoxları Serj Sərkisyanın yeni hökumətdə mühüm vəzifələrdən birini tutacağını istisna etmir.
Ermənistanın “Past” nəşri bununla bağlı öz iddiasını səsləndirib. Nəşrin məlumatına görə, Sərkisyan yeni hökumətdə müdafiə naziri postuna təyin ediləcək:

“Buna baxmayaraq, Sərkisyan yeni hökumətdə əsas simalardan biri olacaq. Bu variant Ermənistan rəhbərliyində müzakirə edilir. Ancaq hələlik son qərarı vermək mümkün olmayıb”.


Müəllif: Cavad

Oxşar xəbərlər