Bu gün “İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması” mövzusunda keçirilən VI Qlobal Bakı Forumunun açılış mərasimində BMT baş katibi Antonio Quterrişin müraciəti oxunub.
Müraciəti BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai oxuyub.
BMT baş katibi müraciətində belə bir çətin vəziyyətdə mədəniyyətlərarası dialoqun təşviqi ilə əlaqədar VI Qlobal Bakı Forumunun keçirilməsinə görə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə təşəkkür edib:
"Bizim əsas vəzifələrimizdən biri inklüziv cəmiyyət yaratmaqdır. Hər bir fərdin hüquqlarına, şəxsiyyətinə hörmətlə yanaşmalıyıq. Elmi, texnoloji yeniliklər bugünkü problemlərin həllində mühüm rol oynaya bilər. Dayanıqlı inkişafa töhfələrinə görə Foruma təşəkkür edirəm"./APA/