15 Mart 2018 12:22
765
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycan, Türkiyə, İran və Gürcüstan xarici işlər nazirlərinin dördlük formatında ilk görüşünü keçirəcəyik. Görüşdə "yol xəritəsi" imzalanacaq.

Bunu Bakıda Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

M. Çavuşoğlu bildirib ki, dördlük formatı əsasən Azərbaycan və Türkiyənin bu bölgədə oynadığı rolun göstəricisidir: "İlk toplantı ilə bağlı "yol xəritəsi" üzərində çalışmışıq. Orada nəqliyyat, enerji, iqtisadiyyat, ticarət və gömrüklə bağlı məsələlər, regional əməkdaşlıq, bir sözlə, siyasi və iqtisadi məsələlər yer alıb. Bu, gələcəklə bağlı "yol xəritəsi"dir. Gələcəkdə dörd ölkə bu istiqamətlərdə ortaq addımlar atacaq".

Nazir qeyd edib ki, İran da Bakı-Tbilisi-Qars dəmir yoluna qoşulmaq istəyir: "Eyni zamanda, enerji sahəsində əməkdaşlıq hədəfləri var. "Yol xəritəsi"ndə Azərbaycan, Türkiyə, İran və Gürcüstanı maraqlandıran məsələlər əksini tapıb. Dörd ölkənin Xarici İşlər nazirliklərinin əməkdaşları "Yol xəritəsi" üzərində çalışıb, biz nazirlər də bunu dəyərləndirərək son nəticədə imzalayacağıq"./APA/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər