Moskvada "Artsax Respublikası"nın heç bir nümayəndəliyi yoxdur.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib.
O bildirib ki, Albert Andryan isə Ermənistanın Moskvadakı səfirliyinin nümayəndəsi kimi Rusiya XİN-də qeydiyyatdan keçib.
Zaxarova Dağlıq Qarabağ rejiminin başçısı Bako Saakyanın ABŞ-a səfərini də şərh edib.
O, "Bako Saakyanın gələcəkdə Moskvaya səfərinin mümkünlüyünü necə görürsünüz" sualına belə cavab verib:
"Məndə belə bir səfərlə bağlı heç bir məlumat yoxdur. Biz mövcud razılaşmalar çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə bütün öhdəliklərimizə sadiqik və bu çox mürəkkəb problemin həllində kömək etməyə çalışırıq".