20 Mart 2018 20:06
1 580
12 Punto 14 Punto 16 Punto 18 Punto

"2017-ci ilin göstəricilərinə əsasən Türkiyə dünyada ən sürətlə inkişaf edən iqtisadiyyata malikdir. Enerji tələbi də müvafiq olaraq artacaq. İnfrastruktur işləri tamamlanan Akkuyu Nüvə Enerji Santralının təməlini çox yaxında dəyərli dostum cənab Putinlə birlikdə atmağı planlaşdırırıq. Əslində dünən telefonda onunla bu barədə danışmaq imkanım oldu".

Teleqraf.com Türkiyə KİV-inə istinadla xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Onun sözlərinə görə, ölkənin enerji asılılığını azaldan, qaynaq və marşrut müxtəlifliyini təmin edəcək bir çox vacib addım atılıb: “Mövcud təbii qaz və neft boru xətlərinə əlavə olaraq TANAP, Türk axını, Şimali İraq, Şərqi Aralıq dənizi boru xətləri kimi layihələr bu məqsədlə inkişaf etdirilib. TANAP-ın bu il fəaliyyətə başlaması nəzərdə tutulub”.


Müəllif: Nərgiz

Oxşar xəbərlər