21 Mart 2018 09:31
1 726
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Strateji Qüvvələr Komandanı general Con Hiten Senatdakı çıxışında bildirib ki, Rusiyanın əlində aşağı təsirli nüvə silahı buraxmaq üçün 11 platforma, ABŞ-ın isə bu çərçivədə sadəcə bir platforması var.

Con Hiten 2019-cu ildə Strateji Qüvvələr Komandanlığı üçün ayrılan büdcə ilə bağlı Senatdakı çıxışında dənizdə quraşdırılan aşağı təsirli nüvə silahının Rusiyadan gələn təhdidləri dəf etmək məqsədi daşıdığını bildirib.

"2000-ci ildə Rusiya prezidenti Vladimir Putin ölkəsinin nüvə doktrinasının "düşmənə qalib gəlmək" məqsədi daşıdığını bildirib. Rusiya 18 ildir düşmənə qalib gəlmək üçün nüvə doktrinasını dəyişməyib. Nüvə platformalarının sayı məsələsində Rusiya və Çindən geri qalırıq. Rusiyanın fərqli zaman və yerlərdə istifadə edə biləcəyi 11 müxtəlif aşağı təsirli nüvə platforması var. Bizim isə bir platformamız var, o da helikopterdir. Biz platformaların sayını artırmalıyıq. Çünki Rusiya və Çin hərbi sənayelərini sürətlə genişləndirirlər", deyə Con Hiten qeyd edib.

C.Hiten bildirib ki, Rusiya və Çin silahları qarşısında ABŞ yalnız hücumlardan yayınmaqla müdafiə oluna bilər.


Müəllif: Ruslan

Oxşar xəbərlər