Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ölkələri liderlərinin növbəti sammiti Qırğızıstanın paytaxtı Bişkekdə baş tutacaq.
Teleqraf.com xəbər verir ki, bu qərar ŞƏT-in Çinin Sindao şəhərində keçirilən sammitinin yekununda qəbul edilib.
“Təşkilata dövr sədrliyi Qırğızıstana keçir. Üzv dövlət başçılarının növbəti sammiti də 2019-cu ildə Qırğızıstanda keçiriləcək”, deyə liderlərin iclasının yekunlarına dair yayılan məlumatda bildirilir.