Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistan silahlı qüvvələri tərəfindən işğal altında olan Qarabağa gedib.
Teleqraf.com “Novosti Armeniya”ya istinadla xəbər verir ki, bu barədə Paşinyanın mətbuat katibi Arman Yehoyan məlumat yayıb.
Onun sözlərinə görə, baş nazirin bir günlük səfərinə dair mediaya daha sonra geniş informasiya veriləcək.