18 İyun 2018 17:18
705
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabah Albaniyanın Tirana şəhərində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QRİƏTPA) 51-ci plenar sessiyası, həmçinin Hüquqi və siyasi məsələlər üzrə Komitəsinin iclası keçiriləcək.

Teleqraf.com xəbər verir ki, tədbirlərdə QRİƏTPA-da Azərbaycan parlament nümayəndə heyətinin rəhbəri Eldar Quliyev və üzvləri Jalə Əliyeva, Aydın Mirzəzadə, Musa Quliyev, Əflatun Amaşov iştirak edəcək.

İclaslarda Parlament Assambleyasının fəaliyyəti barədə hesabat dinləniləcək, Qara Dəniz İqtisadi Əməkdaşlığına üzv dövlətlərin iqtisadi, ekoloji, mədəni və sosial inkişafının ümumi məqsədləri, bu ölkələrdə rəqəmsal iqtisadiyyatın inkişaf perspektivləri, mədəni əməkdaşlığın möhkəmləndirilməsi və multikulturalizm mövzuları müzakirə olunacaq.

Hüquqi və siyasi məsələlər üzrə Komitənin iclasında isə komitənin sədr müavini Eldar Quliyevin “Qara Dəniz İqtisadi Əməkdaşlığına üzv ölkələrdə kibertəhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsi” mövzusunda məruzəsi dinləniləcək, məruzə ətrafında müzakirələr aparılacaq.


Müəllif: Cavad

Oxşar xəbərlər