5 İyul 2018 11:16
2 355
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Müdafiə naziri David Tonoyan ATƏT sədrinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Anjej Kasprşiki qəbul edib.

Teleqraf.com Ermənistan KİV-ə istinadla xəbər verir ki, İrəvanda keçirilmiş görüşdə bölgədə baş verən son proseslər müzakirə edilib.

Təmas xəttindəki son vəziyyətin müzakirə edildiyi görüşdə Azərbaycanın Naxçıvan bölgəsi ətrafında yaranmış gərginliyə də toxunulub.

Anjej Kasprşik Dağlıq Qarabağ münaqişəsi üzrə gedən danışıqlarda müzakirə ediləcək məsələlərlə bağlı Tonoyana məlumat verib. O, mövcud gərginlik şəraitində münaqişə üçün yeganə ideal həll yolunun dialoq olduğunu Ermənistan müdafiə nazirinin diqqətinə çatdırıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər