6 İyul 2018 08:55
1 328
12 Punto 14 Punto 16 Punto 18 Punto

Faşist, nasist, rasist, seksist, homofob, rusofob, islamofob - bu damğaları mənə çoxları vurmağa çalışıb. Buna görə bir ara çox narahat olurdum. İndi, təəssüf ki, narahat ola bilmirəm, bu damğalara öyrəşdim.

Teleqraf.com xəbər verir ki, bu sözləri Real Partiyası ali məclisinin keçmiş sədri, politoloq Erkin Qədirli deyib.

Keçmiş partiya rəsmisi ona qarşı yeni ittihamlardan da danışıb:

“İndi isə mənə həm də, eqoist damğasını vurmağa çalışırlar. Bu, mənim üçün bir yenilikdir. Özü də bunu öz real-çılarımız edir. Üzümə demirlər, adımı çəkmirlər, amma hər şeylərindən aydındır ki, məni nəzərdə tuturlar.

Realda iki yüksək vəzifədən rahat getdim, hər zaman fərqli fikirdə olsam da, təkliflərimin çoxu keçməsə də, çoxluğun qərarına tabe oldum, özümə heç bir faydası olmasa da, Realı başqalarına qarşı müdafiə etdim, açıq siyasətdən getdiyimi yazdım, yeni qurulan partiyanın rəhbərliyində yer almayacağımı açıqladım, bununla belə, eqoist oldum? Təşkilati işlərə marağım heç zaman olmayıb, bürokratik rutin məni darıxdırır, bunu indi bildiniz?”.

Erkin Qədirli ona qarşı irəli sürülmüş ittihamları qeybət adlandırıb:

“Mənim Realda nəyəsə qarşı olmağım heç zaman həlledici olmayıb. Mövqeyimi bəyənmirsiniz, çıxarın səsverməyə. Mən heç zaman çoxluğun qərarına qarşı hərəkət etməmişəm. Amma bir şərtlə - çoxluq legitim olsun, qərar müzakirələrdən sonra səsvermədə verilsin. Açıq olun və açıq danışın. Mən dedi-qodu, qeybət adamı deyiləm. Bütün çətinlikləri də ləyaqətlə qarşılayıram. Odur ki, sözünüzü Feysbukdakı statuslarda deyil, mənim özümə deyə bilərdiniz”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər