Sabah - iyulun 15-də Azərbaycan Milli Məclisinin (MM) deputatları tətilə çıxacaqlar.
Parlamentin üzvləri avqustun 30-dək istirahətdə olacaqlar.
"Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" qanuna əsasən, deputatlara məzuniyyətdə olduqları zaman müalicə olunmaları və istirahət etmələri üçün iki aylıq vəzifə maaşı məbləğində müavinət ödənilir. Belə ki, Milli Məclisin sədri 4 950, sədrin I müavini 4 454, MM sədrinin müavini 4 206, komitə və komissiya sədrləri 3 960 manat, komitə sədrlərinin müavinləri 3 712, sıravi deputatlar isə 3 464 manat müavinət alacaqlar.
Milli Məclisin payız sessiyası oktyabrın 1-də başlayacaq.