18 İyul 2018 20:40
1 134
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qarabağ Azadlıq Təşkilatının (QAT) ofisində Qarabağın azadlığı tələbi ilə keçiriləcək etiraz aksiyaları ilə bağlı yaradılmış Mitinq Komitəsinin növbəti iclası keçirilib.

Teleqraf.com-un məlumatına görə, iclasda Qarabağa azadlıq tələbinin daim gündəmdə saxlanılması, silsilə mitinqlərin keçirilməsi, təşkilatlanmanın yolları və digər məsələlər ətrafında müzakirə aparılıb. Qarabağın azadlığı tələbinin davamlı gündəmdə saxlanılması məqsədilə mitinq və digər tədbirlərin fasiləsiz olaraq keçirilməsi məqsədəuyğun hesab edilib.

Tədbirdə avqust ayında Qarabağ mitinqinin keçirilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət üçün qərar qəbul olunub.


Müəllif: Nərgiz

Oxşar xəbərlər