"Bu gün Avropa Şurasında və AŞ PA-da nələr olur, hara gedirik? Bugünki görüşümüzdə Səməd Seyidov da iştirak edirdi. Onunla da bu istiqamətdə müzakirə apardıq. Bu təşkilatda irqçilik və xarici düşmənçilik kimi meyillər baş qaldırıb. Biz bu istiqamətdə birgə əməkdaşlığı müzakirə etdik".
Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
O, sentyabr ayında Bakıda Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının iclasının keçiriləcəyini vurğulayıb.
M.Çavuşoğlu daha sonra deyib:
“Qardaş Azərbaycan FETÖ ilə mübarizədə bizə ən güclü dəstək verən ölkələrin başında gəlməkdədir. Bir sıra ölkələrdə məktəblər açılıb. Afrika ölkələri onları ya bağlayır, ya da Təhsil Nazirliyinə təhvil verir. Qırğızıstanda hər şeyi FETÖ ələ keçirib. Ancaq Azərbaycan zamanında tədbirlər gördü. FETÖ-nün bütün qurumlara nüfuz etmədiyini bir daha araşdırmalıdır. Azərbaycanla təhsil sistemində əməkdaşlığı gücləndirəcəyik".
E.Məmmədyarov isə bildirib ki, görüşdə Bakı-Tbilisi Qars layihəsini müzakirə ediblər:
"Bu Orta Asiyaya və Əfqanıstana ən qısa yoldur. Bu istiqamətdə Azərbaycan və Türkiyə fəaliyyətini daha da gücləndirəcək".