Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü planlaşdırılıb.
Teleqraf.com xəbər verir ki, bunu xarici işlər naziri Elmar Məmmədyarov bildirib. O qeyd edib ki, sentyabrda belə bir görüş keçiriləcək:
“Görüş BMT Baş Məclisinin sessiyası çərçivəsində Nyu-Yorkda baş tuta bilər. Bundan tez də keçirilə bilər. Mən hər zaman demişəm ki, Azərbaycan tərəfi substantiv danışıqlara hazırdır”.
Yüksək səviyyəli görüşlərə gəldikdə isə E.Məmmədyarov Ermənistan tərəfinin bir qədər vaxt istədiyini vurğulayıb:
“Onlar bir az vaxt istədilər. İndiyədək aparılan danışıqlarda müzkirə olunan məsələləri, sənədləri öyrənmək istəyirlər”.