25 İyul 2018 20:26
954
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Xarici İşlər Nazirliyi Pakistanın Quetta ərazisində seçki məntəqəsində törədilmiş terror aktı ilə bağlı bəyanat yayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə XİN-nin Mətbuat Xidmətinin rəhbəri Hikmət Hacıyev Twitter mikrobloqu vasitəsilə bildirib:

"Pakistanın Quetta ərazisində seçki məntəqəsində törədilmiş terror aktı bizi çox kədərləndirdi. Bu terror aktı çoxsaylı günahsız insanların həlak olması və yaralanması ilə nəticələnib. Biz terrorizmin bütün forma və təzahürlərini qınayır, qardaş Pakistan xalqına və dövlətinə dərin hüznlə başsağlığı veririk".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər