Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı böhranlar üzrə xüsusi nümayəndəsi Toivo Klaar Azərbaycana səfər edəcək.
Bu barədə “Report”a diplomatik mənbələrdən məlumat verilib.
İyulun 30-da baş tutacaq səfər zamanı T.Klaar hökumət rəsmiləri ilə görüşəcək. Görüşlərdə Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin hazırki vəziyyəti və inkişaf perspektivləri müzakirə olunacaq.