5 Avqust 2018 20:10
2 603
12 Punto 14 Punto 16 Punto 18 Punto

İctimai-siyasi xadim Nəriman Nərimanovun şəxsiyyəti haqqında ziddiyyətli fikir və təhlillər hər zaman olub. Günümüzdə Nərimanovun ən böyük qəhrəmanlığı sığındığı Rus imperiyasının qaniçən, anti-Azərbaycan mahiyyətini tez dərk etməsi, bunu etiraf etməsi və sığındığı həmin imperiyanın qurbanına çevrilməsidir. Bu kremlpərəstlər, nicatı Rusyada arayanlar üçün böyük dərsdir.

Teleqraf.com xəbər verir ki, bunu “Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli deyib.

Z.Məmmədli qeyd edib ki, Gürcüstanın Marneuli rayonundakı Mədəniyyət Mərkəzindən Nəriman Nərimanovun adının götürülməsi ətrafında yaranmış gərginliyi izləyir:

“Bir qrup gəncimizin fəallığını təqdir edirəm. Milli adlı obyektivliyi adının dəyişilməsinə etiraz normaldır, bəlkə də ən vacib məsələlərdən biridir. Gizli formada, ictimaiyyətin xəbəri olmadan şovinist zehniyyətin qərarı ilə bu çür həssas nöqtələrə müdaxilə etmək olmaz. Bunu 1991-1992-ci illərdə gürcüləşdirilmiş tarixi Azərbaycan toponimlərinin dəyişdirulməsi prosesində yaşamışıq. Bəlkə də Nərimanova “kommunist” deyərək arqumentləşdirmək olar. Amma söhbət bir millətin tarixindən, tarixi yaddaşından gedir.

Ona toxunmaq yalnız onun təklifi, onun razılığı ilə ola bilər. Məntiqi bir sual yaranır, tutaq ki, Nərimanova “komunist” deyərək güya ürəyiyananlıq edərək soydaşımın kompakt yaşadığı Marneulidə bu hoqqanı çıxardın, bəs Faxralı, Arxlı, Hasanxocalı, Qoçulu, İmirbəsən və digər onlarla tarixi toponimləri hansı əsasla təcavüzə məruz qoydun?

Əziz Gürcüstanı idarə edənlər, bəlkə o kəndlərin də adı kommunist, qolçomaq mənası daşıyırdı? Yox, əsla elə deyil. Sadəcə zərərli, şovinizm xəstəliyinə yoluxmuş zehniyyət tarixi yaddaşı silmək, soydaşımın dik durmaq imkanlarını əngəlləməyi hədəfə alıb. Çox yanlış, təməl birgəyaşayış prinsiplərinə zidd yanaşmadır”.

Cəmiyyət sədri Nəriman Nərimanov adına mədəniyyət evinin bərpası təşəbbüslərini dəstəkləməklə soydaşlarımızın, təşəbbüskar gəncliyi ümumiyyətlə tarixi toponimlərin bərpası, Elat bayramı kimi unikal bayram tədbirinə sahiblənmə kimi problemlərin üzərinə getməyi təklif edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər