12 Avqust 2018 08:05
662
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Qazaxıstanın Aktau şəhərində beş Xəzəryanı ölkənin dövlət başçılarının sammiti keçiriləcək.

“Report” xəbər verir ki, sayca V sammitdə Azərbaycan Prezidenti İlham Əliyev, İran lideri Həsən Ruhani, Qazaxıstanın dövlət başçısı Nursultan Nazarbayev, Rusiya Prezidenti Vladimir Putin və Türkmənistan lideri Qurbanqulı Berdıməhəmmədov iştirak edəcək.

Görüşün yekununda 1996-cı ildən üzərində iş aparılan Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın imzalanacağı gözlənilir.


Müəllif: Teleqraf.com