Avqustun 30-u türkün zəfər bayramıdır. Bu gün Anadoluda da, Azərbaycanda da tarixi əhəmiyyətli hadisələr baş verib.
Bunu Teleqraf.com-a açıqlamasında “Qafqaz” Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) sədri, Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimi Araz Aslanlı deyib.
O qeyd edib ki, yaxın tarixə nəzər salsaq, görərik ki, 30 avqust 1991-ci il tarixdə Azərbaycan parlamenti dövlət müstəqilliyinin bərpası haqqında qərar və BMT-yə Azərbaycanın müstəqilliyinin tanınması ilə bağlı müraciət qəbul edib:
“XX əsrin əvvəlində türkləri Anadoludan çıxarmaq xülyası ilə müxtəlif istiqamətlərdən qardaş ölkəyə hücum çəkən imperialist güclər və onların bölgədəki maşaları 1922-ci ilin 30 avqustunda böyük məğlubiyyəti dadmışdılar.
Arzu edək ki, 30 avqust zəfər bayramının yaratdığı ruh yüksəkliyi bizi növbəti zəfərlərə daşısın, dövlətlərimiz güclənsin, işğal altındakı ərazilərimiz geri alınsın, rifahımız yüksəlsin”.