Bu gün Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədovun adından Gürcüstanın Baş naziri Mamuka Baxtadzenin şərəfinə şam yeməyi verilib.
Teleqraf.com xəbər verir ki, şam yeməyindən əvvəl Azərbaycanın və Gürcüstanın baş nazirləri Bakı buxtasını və paytaxtın buradan görünüşünü seyr ediblər. Novruz Məmmədov qonağa paytaxtımız haqqında məlumat verib.
Süfrə arxasında səmimi söhbət zamanı ölkələrimiz arasında münasibətlərin, o cümlədən iqtisadi sahədə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.