“İşıq” blokunun köhnə rejimlə danışıqlara gedəcəyini düşünmək üçün sənin fantastik düşüncə tərzin olmalıdır.
Teleqraf.com erməni mətbuatına istinadla xəbər verir ki, bu sözləri “Respublika” Partiyasının üzvü Aram Sərkisyan keçirdiyi aksiyada deyib.
O, Nikol Paşinyanın ölkədə olan siyasi partiya və bloklara qarşı fikirlərini şərh edərkən, baş naziri kəskin tənqid edib:
“Bilmirəm hansı əsaslarla belə danışırsınız, amma bizi belə əməllərdə günahlandırmaq olmaz. Cavab vermirsən, elə bilir ki, razılaşırsan. Bəsdir daha sürgünlərdən, meyitlərdən, həbslərdən danışdın. Əvvəl hamımız “Respublika” Partiyasına qarşı mübarizə aparırdıq. İndi onlar seçkilərdə belə iştirak etmirlər”.
Aram Sərkisyan Paşinyana seçkilərdə kimlərin köməyi sayəsində qalib gəldiyini xatırladıb və bildirib ki, bir də bu məsələyə qayıtmaq istəmir. “Çiçəklənən Ermənistan” və “Daşnaksütyun” partiyasının baş nazirə dəstəyini xatırladan partiya üzvü növbəti dəfə bunun baş verəcəyini düşünmədiyini qeyd edib:
“Adını çəkdiyim siyasi qüvvələr əvvəlki seçkilərdə sizin yanınızda idi. Bəs indi? İndi o insanlar sizi dətəkləməkdə qərarsızdılar. Bu, onların nəyinə gərəkdir?”
Həmçinin Sərkisyan qeyd edib ki, Ermənistanın xarici siyasətində çox ciddi problemlər var və baş nazir dərhal buna reaksiya verməlidir.