Bu gün cənab İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 15 ili tamam olur. Cənab Prezidentin fəaliyyətinin əsas nəticəsi Azərbaycanın müstəqil daxili və xarici siyasət nəticəsində dövlətçiliyini qoruyub saxlaması və möhkəmləndirməsi oldu.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib.
O qeyd edib ki, ulu öndər Heydər Əliyevin siyasi kursu uğurla davam etdirilərək vətəndaşların hüquq və azadlıqlarını təmin etmək, iqtisadiyyatı gücləndirmək, insanların sosila vəziyyətini yaxşılaşdırmaq və ölkənin beynəlxalq nüfuzunu möhkəmləndirmək mümkün oldu:
“Dağlıq Qarabağ məsələsində Azərbaycanın mövqeyini gücləndi, Emənistanın izolyası gücləndi və beynəlxalq birliyin dəstəyi daha çox oldu. Prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan daha inamlı oldu və milli maraqlarını qoruya bilən bir ölkə imicini daha da gücləndirdi”.