16 Oktyabr 2018 14:07
1 882
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Dövlət katibinin Avropa və Avrasiya işləri üzrə müavinin köməkçisi Corc Kent Ermənistan-İran münasibətlərinə dair jurnalistlərin suallarını cavablandırıb.

Teleqraf.com xəbər verir ki, amerikalı rəsmi Ermənistanın ABŞ-ın sanksiyalarına məruz qalan İranla əməkdaşlığına etiraz edib.

Corc Kent deyib: “ABŞ Ermənistanda yaxşı insanların yaşadığını və ticarət məsələsində Ermənistanın bölgədə üzləşdiyi çətinliyi başa düşür. Lakin İranın bölgədəki hərbi fəaliyyətləri hələ də narahatlıq yaradır”.

Kent ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyaların bu ölkə ilə əməkdaşlıq edən şirkət və dövlətlərə də şamil edilməsindən danışıb: “Bu, sanksiyalar İranla əməkdaşlıq edən kiçik tacirlərə aid deyil. Lakin Gürcüstan və Azərbaycan şirkətləri kimi, Ermənistan da öz müştərilərinin kim olduğunu anlamalıdır”.

Kent İrana qarşı sanksiyalarla bağlı Azərbaycan və Gürcüstanla yanaşı, Ermənistanla da danışıqları davam etdirəcəklərini bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu