1 Noyabr 2018 10:30
1 048
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyirmi ildən çoxdur Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupuna artıq inam qalmayıb.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Nəzakət Məmmədova deyib.

Politoloq həmsədrlərə inamın itməsinin bir sıra səbəblərinin olduğunu diqqətə çatdırıb:

“Minsk qrupuna inamın olmamasının əsas səbəbi odur ki, dünyanın nüfuzlu dövlətlərinin rəhbərlik etdiyi vasitəçilər münaqişənin həllinə nail ola bilməyib. Artıq 24 ildir ki, ATƏT kimi nüfuzlu təşkilat Ermənistanı işğal etdiyi Azərbaycan torpaqlarını azad etməyə razı sala bilmir. Bu da nəinki təşkilata olan inamı azaldır, hətta beynəlxalq ədalətə, beynəlxalq hüquqa olan ümidləri heçə endirir.

Artıq Azərbaycanda çox az insan beynəlxalq siyasətdə ədalətin hökm sürməsinə nikbin yaraşır. Çünki insanlar münaqişənin həll olmadığını, işğalçıya layiq olduğu qiymətin verilmədiyini görüb haqlı olaraq bu cür düşünürlər”.

Nəzakət Məmmədovanın sözlərinə görə, həmsədr ölkələr münaqişənin həllində yekdil rəyə gələ bilmirlər: “Bu da həmsədrlik institutunun özünü doğrultmadığını göstərir. Buna onların regiondakı milli maraqları, öz aralarında olan ziddiyyət, eyni zamanda işğalçı ilə olan ikitərəfli münasibətləri mane olur. Nə qədər ki, beynəlxalq münaqişələrə yanaşmada beynəlxalq hüquq, ədalət yox, böyük dövlətlərin maraqları əsas götürüləcək, nə BMT, nə ATƏT, nə digər mötəbər təşkilatlar və onların təsis etdiyi qruplar danışıqlar prosesində irəliləyişə nail ola bilməyəcəklər”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər