14 Noyabr 2018 20:09
678
12 Punto 14 Punto 16 Punto 18 Punto

Slovakiya Respublikasının Baş naziri Peter Pelleqrininin Azərbaycan Respublikasına rəsmi səfəri noyabrın 14-də başa çatıb.

Teleqraf.com xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Slovakiya Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Slovakiyanın Baş naziri Peter Pelleqrinini hava limanında Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov və digər rəsmi şəxslər yola salıblar.


Müəllif: Teleqraf.com