15 Noyabr 2018 19:40
708
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransaya gedən Azərbaycanın işğal edilmiş Qarabağ bölgəsindəki separatçıların rəhbəri Bako Saakyan paytaxt Parisdə bir sıra görüşlər keçirib.

Teleqraf.com xəbər verir ki, Saakyan Parisdə “Fransa-Qarabağ dostluq qrupu”nun üzvləri ilə görüşüb.

Görüşdə Fransa parlamentinin bir sıra üzvləri də iştirak edib.

Bako Saakyan dəstəyə görə Fransa hökumətinə təşəkkürünü bildirib.

Qeyd edək ki, separatçıların başçısı Fransaya noyabrın 14-də gedib. Saakyanın Fransaya qanunsuz səfəri Azərbaycanda haqlı narazılıq doğurmaqla bərabər, ATƏT-in Minsk Qrupunun üzvü kimi Fransanın ədalətliliyinə ciddi kölgə salır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər