28 Noyabr 2018 22:25
622
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin deputatı İlham Məmmədov Asiya Parlament Assambleyasının 11-ci plenar sessiyasında iştirak etmək üçün Türkiyənin İstanbul şəhərinə yola düşüb.

Teleqraf.com xəbər verir ki, tədbirdə “Asiyada iqtisadi inkişafın təbliği” mövzusunda müzakirələr aparılacaq.

Sessiya çərçivəsində qurumun İcraedici Şurasının, Siyasi işlər, İqtisadiyyat və davamlı inkişaf, Sosial və mədəni işlər, Büdcə və planlama üzrə komitələrinin iclasları keçiriləcək.

Millət vəkili toplantılarda müzakirəyə təqdim edilən məsələlər barədə öz fikirlərini açıqlayacaq, təkliflərini verəcək.

Qeyd edək ki, bu gün başlayacaq plenar iclas dekabrın 1-nə qədər davam edəcək.


Müəllif: Cavad

Oxşar xəbərlər