30 Noyabr 2018 13:55
2 093
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dağlıq Qarabağ münaqişəsinin həll prosesini müddətsiz uzatmaq doğru deyil.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin deyib.

Ermənistanın paytaxtı İrəvanda jurnalistlərin suallarını cavablandıran Zatulin növbəti dəfə öz erməni xislətinə sığınaraq, çıxışında Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsini ayrıca subyekt kimi təqdim edib:

“Qarabağ probleminin həlli müddətsiz olaraq uzadılmamalıdır. Bu münaqişənin həlli təkcə Dağlıq Qarabağın yox, Ermənistanın təhlükəsizliyi üçün də vacibdir”.

Qeyd edək ki, Rusiyadakı erməni diasporunun siyasi alətinə çevrilmiş Konstantin Zatulin bundan əvvəl də Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı dəfələrlə Azərbaycanın əleyhinə fikirlər sələndirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər