3 Dekabr 2018 14:12
873
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskva erməni separatçılarına qucaq açdığı dövrdə Azərbaycanın bəzi ali təhsil müəssisələrində Rusiya coğrafiyasına aid olimpiada keçirilir. Bu, Rusiya Prezidenti Vladmir Putinin təşəbbüsüdür ki, Rusiyada və dost ölkələrdə gənclər Rusiyanın tarixini və coğrafiyasını yaxşı öyrənsinlər.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib.

O qeyd edib ki, bu, Putinin təbii haqqıdır:

“Putin haqlı olaraq istəyir ki, gəncləri məmləkətlərinin tarixini və coğrafiyasını yaxşı mənimsəsinlər və ildə bir dəfə bu mövzuda olimpiada keçirilsin. Sadəcə, mən anlamıram ki, bundan bizə nə? Məgər Rusiyada Azərbaycanın tarixinə və coğrafiyasına dair olimpiada keçirilir? Onlar keçirmirsə, biz niyə onlara aid mövzu üzrə Bakıda olimpiada keçirməliyik?

Əlbəttə, Rusiya qonşumuzdur, bu ölkəni dərindən təhlil etməyi bacarmalıyıq. Tarixi və coğrafiyanı öyrənməkdə qəbahət yoxdur. Ancaq Azərbaycanda niyə Rusiyaya aid olimpiada keçirilməlidir? Bunu kimsə bizə anlada bilərmi?

Məndə olan məlumata görə, olimpiadadakı suallar arasında Krımla bağlı ikibaşlı ifadələr var. Yəni suallar elə qoyulub ki, sanki Krım Ukraynaya deyil, Rusiyaya aiddir. Bunu qəsdən ediblər.

Bizdə buna şərait yaradılarkən, İrəvanda bir konfransa toplaşan rusiyalı tanınmış simalardan biri “Bakını İsgəndər raketləri ilə vurmaq lazımdır” ifadəsini işlədir...”


Müəllif: Səxavət

Oxşar xəbərlər