9 Dekabr 2018 18:16
812
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanda insanlar hakimiyyətə inanmır və seçkilərdə iştirak etmək istəmirlər.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Arzu Nağıyev dekabrın 9-da Ermənistanda keçirilən növbədənkənar parlament seçkilərini şərh edərkən deyib.

O qeyd edib ki, səsvermə prosesində kütləvi qanun pozuntuları baş verir: "Baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın mitinq siyasəti hakimiyyətin idarəçilik siyasəti demək deyil".

Politoloqun sözlərinə görə, seçkilərlə bağlı son məlumatlar da göstərir ki, səsvermədə çox az insan iştirak edir, gələnlər isə yaşlı adamlardır: “Bu onu göstərir ki, Ermənistanda insanlar hakimiyyətə inanmır və seçkilərin qeyri-şəffaf keçirildiyini bildikləri üçün səsvermədə iştirak etmirlər”.

A.Nağıyev bildirib ki, bir sıra seçki məntəqələrində, ümumiyyətlə, Paşinyanın bloku ilə bağlı bülletenlər paylanmayıb:

“Bu proseslər göstərir ki, seçkilər böyük qanun pozuntuları ilə müşayiət olunur və bu da təbii ki, seçkilərin saxtalaşdırılması ilə nəticələnəcək”.

Qeyd edək ki, Ermənistanda növbədənkənar parlament seçkilərində seçici fəallığı aşağıdır. Belə ki, yerli vaxtla saat 14:00-a olan məlumata görə, seçicilərin cəmi 24,53 faizi səsvermədə iştirak edib.


Müəllif: Mənbə/Trend

Oxşar xəbərlər