10 Dekabr 2018 20:59
709
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nikol Paşinyanın yaxın ətrafını – qohumlarını, hətta bərbərini deputat etməsi biabırçılıqdır, bəlkə də analoqu olmayan biabırçılıqdır. Çünki bərbər hara, deputatlıq hara?

Bunu Teleqraf.com-a a açıqlamasında politoloq Qabil Hüseynli deyib.

O qeyd edib ki, seçkidəki saxtakarlıqlar haqqında müxalifətdə olan Respublikaçılar Partiyası daha dəhşətli faktlar və rəqəmlər açıqlayır:

“Onlar qeyd edirlər ki, “karusel”dən də, topa bülletenlərin atılmasından da istifadə edilib. Bir sözlə, bütün seçki saxtakarlıqlarından istifadə olunub. Amma seçicilərin sayının süni surətdə artırılması daha dəhşətli bir haldır. Çünki rəsmi rəqəmlərə görə, cəmi 2,9 milyon əhalisi olan Ermənistanda 2,6 milyona yaxın seçicinin olması qeyri-mümkündür və dünyada analoqu olmayan bir hadisədir. Səsəvermə yaşı 18 yaşdan yuxarıdırsa və əhalinin 1/3 hissəsi həddi-büluğa çatmamış şəxslərdirsə, o zaman 2 milyondan az seçici kütləsinin olması göz önünə gəlir. Bu nöqteyi-nəzərdən Paşinyana “halal olsun”. Hələ “bismillah” etməmiş onsuz da saxtakarlığa, qara-qışqırıq qoparmağa adət etmiş bir xalqı bu cür seçki fırıldaqlarına alışdırması da onun Ermənistana verəcəyi “töhfə”lərdən biridir. Bir sözlə, Ermənistan seçicisi haqqında nə deyirlər desinlər, biz erməni xalqının demokratiya məktəbi keçməməsinin, hakimiyyətinin mənbəyinin xalq olduğunun konstitusiyada qeyd olunmasına rəğmən, bunun praktikada öz əksini tapmadığının şahidi olduq”.

Q.Hüseynli əlavə edib ki, N.Paşinyan Ermənistan gerçəkliyinə yeni-yeni “töhfələr” verməyə davam edəcək.
Qeyd edək ki, N.Paşinyanın qardaşı oğlu, qaynı, dostu və həkimi, bərbəri parlamentə üzv seçiliblər. Yeni parlamentin cinayət törətməsi üzündən haqqında məhkəmə prosesi davam edən iki nəfər üzvü var. Nəticələrə görə, seçkidə adları seçici siyahısında olanların 50 faizdən azı səs verib.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər