20 Dekabr 2018 23:43
801
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir neçə gündür mediamızda belə bir xəbər yayılır ki, guya ABŞ Bolqarıstan üzərindən Ermənistana silah ötürür. Bu xəbərin mənbəyi hansısa Rusiya saytıdır. Kim zəmanət verər ki, Rusiya saytının yaydığı xəbər həqiqətəuyğundur?

Teleqraf.com xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib.

O qeyd edib ki, dezinformasiya olması istisna edilməyən bir xəbərlə Azərbaycanın həm ABŞ, həm də Bolqarıstanla arasını vurmaq istəyirlər:

“Bəli, həm Amerikada, həm də Boqlarıstanda erməni diasporu-lobbisi var və onlar Azərbaycanın ABŞ və Bolqarıstanla sıx münasibətlərindən narahatdırlar”.

E.Şahinoğlunun sözlərinə görə, gələn il TAP boru xətti işə düşəcək. Azərbaycan Bolqarıstana qaz satacaq, bundan başqa Azərbaycan Dövlət Neft Şirkəti Bolqarıstanın qazpaylaşdırıcı sisteminə sahib olmalıdır. Bilirsiz, Azərbaycanın Bolqarıstandakı rəqibi kimdir? Bəli, Rusiya və bu ölkənin “Qazprom” şirkəti.

Ona görə də Rusiyadan ötürülən (dez)informasiyalarda diqqətli olmalıyıq”.


Müəllif: Səxavət

Oxşar xəbərlər