9 Yanvar 2019 10:12
629
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əkrəm Əylisli uzun müddətdə sonra yenə danışıb. Meydan TV onun açıqlamasını yayıb.

“Daş yuxular”la bütün yaradıcılığının başına daş salan Əkrəm Əylisli guya Mehman Hüseynovdan bəhs edib və ümumiyyətlə, bu gənci əslində tanımadığını dolayısı ilə ortaya qoyub. Və əlbəttə ki, söhbəti öz vəziyyətinin üzərinə gətirib, “Mənim məsələmdə məlum oldu ki, Azərbaycanda ziyalı yoxdur” deyib.

Əkrəm Əylislinin məsələsi nədir? Ona “Xalq yazıçısı” adı, “Şərəf”, “Şöhrət” ordenləri verilmişdi, prezident təqaüdçüsü idi, millət vəkilli belə seçilmişdi. Onun Azərbaycan ədəbiyyatına verdiklərindən qat-qat artığını bu xalq və dövlət ona qaytarmışdı. Bəs, nə baş verdi?

Əkrəm Əylisli Azərbaycan xalqının milli qürurunu sarsıdacaq addım atdı: tariximizə tüpürdü, reallıqları bir kənara tulladı, ermənilərlə bağlı ermənilərin özlərinin belə təsəvvür etmədiyi tarixi-milli-mədəni və mənəvi saxtakarlığın “şah əsərini” yaratmağa girişdi.

Hansı daxili ehtiyacdan, hansı məkan və zaman reallığından doğmuşdu bu “Daş yuxular”? Yüz ildə yüzminlərlə azərbaycanlının qətliamını, dağıdılan minlərlə kəndi-köyü görməyib, milyonlarla söndürülmüş ocağın ruhi informasiyasını deyil, Alman kilsəsini özününküləşdirməklə tariximizə şərik çıxmaq istəyən və bütün dövrlərin ən dahi yazarlarının alçaq, şərəfsiz, murdar, xain saydığı bir “millət”in olmayan “daş yuxusu” hansı məntiqlə Əkrəm Əylislidə “oyanmalı” idi?

Əkrəm Əylisli bütün zamanların ən böyük şairi Puşkinin ermənilər haqda yazdıqlarınımı oxumamışdımı? Yoxsa Qriboyedovun, ya Lermontovun?

İllərlə "ədəbi təhsilini" Mirzə Cəlildən aldığını deyən Əkrəm Əylisli “Kamança”nı oxuyub, dərk etməmişdimi? Yoxsa, “Molla Nəsrəddin”in köynəyindən çıxdığını illərlə bu xalqın beyinlərinə yeritməyə çalışan Əylisli bu jurnalda yazılanlardan xəbərsiz idi?

Son müsahibəsi də “Bütün Azərbaycan cəmiyyəti Mehman Hüseynovun səhhətindən narahatdır” sözləri ilə başlayır, ziyalılar haqda “bir gün orden, başqa bir gün mükafat istəyirlərsə, hansı ziyalıdan danışırsınız?” sözləri ilə tamamlanır.

“Bütün Azərbaycan cəmiyyəti” Mehman tanıyır?

O ki qaldı orden, medal məsələsinə...

Bu videoya baxın və Əkrəm Əylislinin bu iki cümlə arasına sığdırdıqlarının mahiyyəti barədə özünüz qərar verin:


Müəllif: Teleqraf.com