14 Fevral 2019 09:01
706
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Cənab İlham Əliyevin REAL TV-yə müsahibəsi əslində Azərbaycanın son 15 il ərzində həyata keçirdiyi daxili və xarici siyasətə qiymət vermək, eyni zamanda atılmış addımları təhlil, əldə edilmiş nəticələri analiz etmək, qarşıda dayanan hədəfləri müəyyənləşdirmək və onlara çatmaq yollarının araşdırılması baxımından böyük əhəmiyyət kəsb edir”.

Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı, politoloq Elman Nəsirov deyib.

O qeyd edib ki, cənab İlham Əliyev geniş müsahibəsində ilk növbədə qazandığımız bütün nailiyyətlərin kökündə dayanan fundamental səbəbin ulu öndər Heydər Əliyevin siyasətinə sadiqliklə bağlı olduğunu vurğulayıb:

“Həmin siyasətin davam etdirilməsi bizim qazandığımız bütün müvəffəqiyyətlərin kökündə dayanan həlledici amildir. Prezident qeyd etdi ki, bu gün ölkəmizdə paralel şəkildə həm siyasi, həm də iqtisadi islahatlar həyata keçirilməkdədir. Bu islahatların əsasını da ulu öndər Heydər Əliyev qoyub. Onun vaxtında həyata keçirilən islahatlar nəticəsində Azərbaycan sabit, inkişaf edən bir ölkəyə çevrildi”.

E.Nəsirov bildirib ki, dövlət xüsusi kateqoriyadan olan vətəndaşlara böyük diqqət ayırır:

“Cənab prezident bu kontekstdə vurğuladı ki, biz məcburi köçkünlər üçün 100-dən artıq şəhərcik salmışıq. 300 minə yaxın məcburi köçkün mənzillərlə təmin edilib. Təkcə son illər ərzində 6500-dən çox şəhid ailəsinə və müharibə veteranına mənzillər verilib. Şəhid vərəsələrinə 11 min manatlıq birdəfəlik ödəmə ayrıldı. Bilirsiniz ki, dünyanın bir sıra ölkələrində müharibə vəziyyəti hökm sürür və hərbi qulluqçular həlak olur. Ancaq onların heç də hamısında bu dərəcədə diqqət və qayğı yoxdur. Bu, Azərbaycan dövlətinin sosial mahiyyətindən irəli gəlir. Bütün bunlar nəticə etibarilə Azərbaycanda xalq-hakimiyyət birliyini şərtləndirir. Azərbaycandakı sabitliyin kökündə dayanan fundamental səbəb də hakimiyyət-xalq birliyidir. Belə birliyin olmadığı ölkələrdə nələrin baş verdiyi hər kəsə bəllidir”.

E.Nəsirov qeyd edib ki, qonşu ölkələrdə qorxulu proseslər getməkdədir və bu qorxulu proseslər səngimir, əksinə daha da inkişaf etməkdədir:

“Bütün bu reallıq fonunda Azərbaycanda təhlükəsizlik, sabitlik mühiti formalaşıb. Bu siyasəti, ölkənin qazandığı nailiyyətləri xalq görür, ona görə də cənab prezidentin bütün addımları və təşəbbüslərini birmənalı şəkildə dəstəkləyir”.

Milli Məclisin deputatı xalq öz prezidentini dəstəklədiyini bildirib: “Çünki prezident xalqın mənafeyindən çıxış edən siyasi xətt yürüdür. Belə olan halda həm prezident, həm onun başçılıq etdiyi dövlət güclü olur. Xalq da bu şəraitdə öz firavan həyatını təmin etmiş olur. Ona görə də biz bu birliyimizi, vəhdətimizi göz bəbəyi kimi qoruyub saxlamalı və möhkəmləndirməliyik”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər