26 Fevral 2019 19:58
639
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar Bakıda ümumxalq yürüşü keçirilib.

Teleqraf.com xəbər verir ki, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın da iştirak etdiyi yürüşə minlərlə insan qatılıb.

Bu məqamda da xalqın yanında olmayan bir qrup radikal müxalifət nümayəndəsi sonradan Əli Kərimlinin arxasında Xocalı abidəsinə doğru hərəkət edib - cəmi 5-10 nəfər.

Hər şey açıq-aşkar ortadadır: xalqın kimin arxasınca getdiyi tam aydın görünür. Bugünkü mənzərə onu göstərir ki, radikal müxalifətin kütlənin onların arxasınca getdiyi, xalqın fikrini, rəyini ifadə etdikləri barədə iddiaları cəfəngiyyatdır.

Niyə 5-10 nəfər? Cavabı çox sadədir, çünki havadarları bu aksiya üçün Ə.Kərimliyə pul ayırmayıblar. Bununla da Ə.Kərimlinin "arxamızca on minlər gəlir" iddiası ifşa olundu.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər