İtaliyanın ATƏT Parlament Assambleyasındakı (PA) nümayəndə heyətinin rəhbəri Paolo Qrimoldinin başçılıq etdiyi nümayəndə heyəti sabah Azərbaycana gələcək.
Teleqraf.com xəbər verir ki, nümayəndə heyətinin Milli Məclisdə Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyəti ilə görüşü nəzərdə tutulub.
Nümayəndə heyətinin İqtisadiyyat və Energetika nazirliklərində görüşlərinin keçirilməsi də planlaşdırılıb.