9 Mart 2019 21:45
784
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan müdafiə nazirinin keçmiş müavini Manvel Qriqoryan məhkəmədə sabiq prezident Robert Köçəryanın əleyhinə ifadə verməkdən imtina edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanda fəaliyyət göstərən “Past” saytı məlumat yayıb.

Məlumata görə, Ermənistan İstintaq Komitəsi Manvel Qriqoryanı şahid qismində məhkəməyə çıxarmaq istəsə də, bu istəyinə nail ola bilməyib.

Qeyd edək ki, həbs edilmiş keçmiş prezident Robet Köçəryan 2008-ci il martın 1-də İrəvanda keçirilmiş dinc aksiyalarda iştirak edənlərə odlu silahlardan atəş açmaq əmri verməkdə ittiham olunur.

Manvel Qriqoryan isə qanunsuz silah əldə etmək və saxlamaq ittihamı ilə həbs edilsə də, bu barədə qərar ev həbsinə dəyişdirilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər