17 Mart 2019 15:47
927
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın nüfuzlu “The Washington Times” qəzetinin müxbiri Monika Krouli və tanınmış “77WABC” radiosunun aparıcısı Con Baçelor Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının rəhbəri Tural Gəncəliyevdən müsahibə alıb.

Teleqraf.com xəbər verir ki, Con Baçelor tərəfindən aparılan radio proqramı təkcə ABŞ-da deyil, beynəlxalq aləmdə geniş auditoriyaya malik siyasi şou proqram kimi tanınır.

Müsahibə zamanı C. Baçelor 20-ci əsrin sonlarından başlayaraq erməni qəsbkarlarının işğal siyasəti nəticəsində Azərbaycanlıların öz doğma torpaqlarından qovulduqlarını qeyd edib. O, bəzi ABŞ Konqresi və siyasətçilərin güclü erməni lobbisinin təsiri altında olduğunu və bunun yaxşı hal olmadığını söyləyib. Onun sözlərinə görə, erməni lobbisi Amerika ictimaiyyəti arasında saxta məlumatlar yayır. Con Baçelor qoşunların təmas xəttinə səfər etdiyini və gördüklərindən çox məyus qaldığını bildirib. İşğal altında qalan geniş və zəngin Azərbaycan torpaqların dağıntıya məruz qaldığı, torpaqların becərilmədiyi, ermənilər tərəfindən su resursları və bəndlərindən sui-istifadə edildiyi və Azərbaycan tərəfinə külli miqdarda ziyan vurulduğu, bunun təhlükəli vəziyyət yaratdığı Amerikalı aparıcı tərəfindən xüsusilə vurğulanıb.

T. Gəncəliyev erməni təcavüzü, hərbi işğal nəticəsində Azərbaycanın Dağlıq Qarabağ və ətraf ərazilərinin işğalı, Azərbaycanlıların etnik təmizləməyə məruz qaldığı haqqında məlumat verib. T. Gəncəliyev bölgədə daimi və ədalətli sülhün bərqərar olmasının yeganə yolunun işğalçı Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən çıxarılması və oradan qovulmuş azərbaycanlı əhalinin öz torpaqlarına geri dönüşü ilə mümkün olduğu bildirilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər