2 Aprel 2019 16:44
1 439
12 Punto 14 Punto 16 Punto 18 Punto

“NATO önəmli qərarlar verib. Şimal alyansı ilk növbədə Polşada tikintisinə 260 milyon dollar xərcləyərək, hərbi anbar tikəcək. Bu anbar ABŞ-ın Şərqi Avropadakı əməliyyatlarına dəstək məqsədilə tikiləcək. Polşa buna çoxdan çalışır. Çünki Varşava özünü Rusiya təhlükəsindən qorumaq istəyir. Polşa – Rusiya münasibətlərinin yaxın tarixi də bundan xəbər verir”.

Teleqraf.com xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.

Ekspert qeyd edib ki, NATO baş katibi Yens Stoltenberq bildirib ki, Şimali Atlantika Bloku Qara dənizdəki fəallığını artıracaq:

“Məqsəd Rusiyanın bu bölgədəki aqressiv hərəkətlərini önləməkdir. NATO baş katibi onu da deyib ki, Şimali Atlantika Bloku Ukraynaya və Gürcüstana əməli dəstəyi artacaq. Stoltenberq bunu belə izah edib: “Ukraynanın və Gürcüstanın hərbi hazırlıqlarını gücləndirəcəyik, o cümlədən bu iki ölkənin dəniz qüvvələrinin bacarıqlarının artırılmasına yardım edəcəyik”.

Beləliklə, Ukrayna və Gürcüstan addım-addım NATO üzvlüyünə yaxınlaşırlar. Hər iki dövlət Azərbaycanın strateji tərəfdaşlarıdır. Bu baxımdan Ukraynanın və Gürcüstanın NATO üzvlüyünə biz də hazırlaşmalıyıq ki, həmin gün yetişdikdə “biz nə edəcəyik” sualına qəfil yaxalanmayaq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər