9 Aprel 2019 23:15
608
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev BMT-nin Cenevrə ofisinin rəhbəri Mikayel Moller ilə görüşüb.

Teleqraf.com xəbər verir ki, görüşdə Azərbaycan və BMT arasında əməkdaşlıq, ölkəmizin Dayanıqlı inkişaf məqsədlərini həyata keçirməsi, Azərbaycanın Qoşulmama hərəkatına sədrliyi barədə müzakirələr aparılıb.

H.Hacıyev həmsöhbətə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi və ölkəmizin mövqeyi barədə məlumat verib


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər