"Azərbaycan və Ermənistan jurnalistlərinin Bakı, İrəvan və Dağlıq Qarabağa səfərləri təşkil olunacaq".
Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Rusiyanın paytaxtı Moskva şəhərində Ermənistanın xarici işlər naziri Zoqrab Mnatsakanyanla keçirilən görüşdə razılığa gəlinib: "Bundan başqa, Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttinə yaxın yerləşən yaşayış məntəqələrində kənd təsərüfatı ilə məşğul olan əhaliyə heç bir mane törədilməməsi və təhlükəsizliklərinin təmin olunması barədə də razılıq əldə olunub. Ümid edirəm ki, Ermənistan tərəfi buna hörmətlə yanaşacaq və sakinlərə öz torpaqlarında işləməyə imkan yaradılacaq".