Avropa İttifaqının (Aİ) genişlənmə və qonşuluq siyasəti üzrə komissarı Yohannes Hahn iyunun 13-də Azərbaycana gələcək.
Bunu Aİ-nin Azərbaycandakı nümayəndəliyi rəhbərinin birinci müşaviri Denis Daniilidis bildirib.
O, Y.Hahnın Bakıda keçiriləcək Azərbaycan – Aİ biznes forumunda iştirak edəcəyini diqqətə çatdırıb: "Səfər çərçivəsində rəsmi şəxslərlə də bir sıra görüşlər keçiriləcək"./Report/