"Biz Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi mühüm töhfələri və Cənub Qaz Dəhlizi kimi enerji şaxələndirilməsi layihələrindəki liderliyini alqışlayırıq".
Teleqraf.com-un məlumatına görə, bu barədə ABŞ-ın dövlət katibi Mayk Pompeonun Azərbaycan xalqına 28 May - Respublika Günü münasibətilə təbrikində qeyd olunub.