Litva Respublikasının Prezidenti Dalya Qribauskayte Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Teleqraf.com-un məlumatına görə, təbrik mətnində deyilir:
"Hörmətli cənab Prezident.
İcazə verin, milli bayramınız - Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına ən xoş təbriklərimi çatdırım. Ölkənizə və xalqınıza səmimi qəlbdən davamlı rifah, inkişaf və müvəffəqiyyətlər arzulayıram.
Ümidvaram ki, Azərbaycan ilə Litva arasında həm ikitərəfli səviyyədə, həm də Avropa İttifaqı çərçivəsində mövcud olan dialoq genişlənəcək, həmçinin hərtərəfli əməkdaşlığın yaratdığı imkanlar xalqlarımız arasında biznes, ticarət, elm, təhsil, innovasiya, mədəniyyət və turizm sahələrində qarşılıqlı fəaliyyətin daha da inkişafına, dövlətlərimizin əməkdaşlığının möhkənlənməsinə kömək edəcək.
İcazə verin, Sizi milli bayramınız münasibətilə bir daha təbrik edim.
Cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
Niderlandın Kralı Villem-Aleksandr da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Təbrikdə deyilir:
"Zati-aliləri.
İcazə verin ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Sizə öz təbriklərimi və Azərbaycan xalqının rifahı üçün ən xoş arzularımı çatdırım".