“Azərbaycan və Ermənistan Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqları vasitəçilərsiz də davam edirə bilər”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Zaur Məmmədov deyib.
Ekspertin fikrincə, münaqişə tərəfləri arasında həmsədrlik missiyasının olmasına baxmayaraq həll prosesində irəliləyiş yoxdur:
“Əgər bu situasiya dəyişmirsə, vasitəçilərə niyə ehtiyacımız olsun? Həmsədrlərin isə Ermənistan və Azərbaycan arasında sülh olmasına ehtiyacı yoxdur. Münaqişənin uzanması Bakı və İrəvan istisna olmaqla, bir çox ölkə üçün faydalıdır. ATƏT-in Minsk qrupunun əsl məqsədi Qarabağ münaqişəsinin hərbi müstəviyə keçməsinin qarşısını almaqdır.
Həmsədrlər Qarabağ münaqişəsinin həll olunmamasına görə Ermənistan və Azərbaycan rəhbərliklərini ittiham edirlər və bu münaqişədə vasitəçi olduqlarını unudurlar”.
Zaur Məmmədov həmsədrlərin bölgəyə son səfərinə də toxunub: “ABŞ, Rusiya və Fransnın təmsilçiləri bölgəyə hər səfərində qan tökülür. Məsələn, həmsədrlər bölgədə olarkən Azərbaycan hərbçisi erməni snayperi tərəfindən öldürüldü.
Bundan sonra həmsədrlər açıqlama verdimi? Xeyr! Həməsdrlər Qarabağ münaqişəsinin həllinə dəstək vermirsə, Azərbaycan və Ermənistan onlarsız da danışıqları davam etdirə, dialoqa girə bilər”.