10 İyun 2019 13:10
556
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com Sinan Oğanın Qars bələdiyyəsində ermənilərə göstərilən qonaqpərvərliklə bağlı Kanakturk.az-a verdiyi müsahibəni təqdim edir:

– Türkiyənin Qars şəhərinin bələdiyyə başqanı seçilən HDP-nin kürd əsilli Bələdiyyə başqanı Ayhan Bilgenin Türkiyəyə qarşı saxta soyqırım ittihamı ilə çıxış edən Ermənistana xoş münasibəti etirazla qarşılanmaqdadır. Sosial medyadan izlədiyimiz qədər bu məsələyə ilk etirazi siz etmisiniz. Sizcə, nə baş verir, Sinan bəy?

– Qars Bələdiyyəsinin Milliyətçi Hərəkat Partiyası’ndan HDP-yə keçməsindən sonra Qars Bələdiyyə Başqanı Ayhan Bilgenin ilk müsafirlərinin məhz Ermənistandan gəlməsi təsadüfi deyildir. Mənim bu mövzudakı etirazımdan sonra bu mövzuda Qars və Türkiyə mətbuatında xəbərlərin çıxması və etiraz səslərinin yüksəlməsindən sonra Ayhan Bilgen mənə cavab vermek məcburiyyətində qaldı və Qarsa başqa ölkələrdən də insanların gəldiyini söylədi. Ancaq bu yalandı. Ankara’dakı bəzi böyükelçilərin Qars ziyarətləri
yurd dışından gələn heyətlər kimi göstərilmək istəndi , amma bu doğru deyil. Ayhan Bilgeni sadəcə erməni heyət ziyarət etmişdir. Ermənilərin HDP-nin Qars Bələdiyyəsini almasından son dərəcə mutlu olduqları anlaşılmaqdadır. HDP Ermənistan ilə dayanışma göstərən bir partiyadır. HDP Partiyası Ermənistan ilə sərhədlərin açılmasından yana olan bir partiyadır. İndi də ilk dəfə Qars bələdiyyəsini alar almaz Ermənistan ilə münasibət, yaxınlıq qurma yoluna getmişlərdir.

- Bu Türkiyə dövlətinin xarici siyasətinə zidd addımdır. Sizcə, Türkiyə dövləti niyə bu səfərlərin qarşısını almır?

– Türkiyənin Ermənistan ilə diplomatik əlaqələri yoxkən Qars Bələdiyyəsinin bu əlaqəni qurması düzgün deyil. Bu Türkiyənin xarici siyasət anlayışına da, mənfəətlərinə də zidd bir addımdır. 23 iyunda İstanbulda Bələdiyyə seçkilərinin yenilənməsi səbəbi ilə hökumət heç bir addım atmır, təəssüf ki.

– Ola bilərmi ki, bu səfərlər Türkiyə hakimiyyətinin razılığı ilə baş versin?

– Zənn etmirəm ki, hökumətin razılığı olsun. Bu hökumətin razılığı ilə yox Bələdiyyənin təşəbbüsü ilə görülən bir işdir. Amma bununla bərabər son günlərdə İrevan ilə Van arasında birbaşa hava yolu ilə səfərlərinin başlaması və havayoluyla ilk erməni turistlərin Van şəhərinə gəlməsinin eyni zamana təsadüf etməsi də təəccüblüdür. Bu barədə də sosial şəbəkələrdən öz etirazımı bildirmişəm.

– Türkiyənin milliyətçi kəsiminin və Azərbaycana bağlı təşkilatların bu məsələdə etirazları güclü hiss olunmur. Sizcə , yetərincə etirazlar varmı?

– Təəssüf ki, nə milliyətçi kəsimlərin , nə də təşkilatların bu barədə güclü bir etirazı olmamışdır. Bu barədə hər kəsin və hər kəsimin oturub fikirləşməsi lazımdır. Burada həm Türkiyədəki milliyətçi kəsimlərin, təşkilatların həm də Azərbaycanın oturub fikirləşməyi lazımdır.

– Sizə qarşı Türkiyədə başlanan qarayaxma kompaniyası bir neçə gün öncə Rusiyada Fuad Abbasova qarşı da edilmişdi. Sizcə, bunlar bir nöqtədən təşkil oluna bilərmi?

- Bizə qarşı son dönəmlərdə artan hücumlar da sırf bu səbəbdəndir. Biz etiraz edirik. Kars Bələdiyyəsinin Ermənistanla əlaqələr qurması və qonaq qəbul etməsinə də, İrəvan-Van hava yolu səfərlərinin başlamasına da ilk etiraz edən kişi olduğum üçün Ermənipərəst qüvvələr tərəfindən hücuma məruz qalıram. Amma tək başıma da qalsam bütün bu Ermənipərəst quvvələrlə mübarizə aparacağam.


Müəllif: Teleqraf.com