“Qarabağın müstəqilliyinin tanınması Azərbaycanla müharibəyə səbəb olacaq”.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Daşnaksütyun partiyasının lideri Kiro Manoyan deyib.
Onun sözlərinə görə, mövcud şəraitdə münaqişə tərəfləri arasında müharibə ehtimalı yüksəkdir:
“Qarabağın müstəqilliyini tanımaq istəyiriksə, Azərbaycanla müharibəyə hazır olmalıyıq. Müharibə ehtimalı reallığın bir hissəsidir”.