"Azərbaycan Avropa İttifaqı üçün mühüm tərəfdaşdır".
Bunu Avropa İttifaqının (Aİ) genişlənmə və qonşuluq siyasəti üzrə komissarı Yohannes Han bu gün Bakıda işə başlayan Azərbaycan-Aİ biznes forumu başlamazdan əvvəl deyib.
Aİ komissarı qeyd edib ki, belə tədbirin keçirilməsi Azərbaycanla Aİ arasında inkişaf edən münasibətlərin sübutudur.
"Avropa İttifaqı Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə dəstək verməyə davam edəcək. Hesab edirəm ki, Azərbaycan qeyri-neft sektorunu inkişaf etdirərək doğru yol seçib. Biz bu səyləri dəstəkləyəcəyik", - Y.Han bildirib./report/